Böyük Azərbaycanın memarı və qurucusu

Mayın 8-də məktəbdə dahi şəxsiyyət müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Böyük Azərbaycanın memarı və qurucusu” adlı seminar keçirildi.

Məktəbin tarix müəllimi Y.Paşayeva çıxış edərək, ümummilli liderin uzaqgörən siyasətindən, quruculuq missiyasından, Azərbaycanın inkişafı üçün yorulmaz fəaliyyətindən seminar iştirakçılarına maraqlı məlumatlar verdi.

Sonra məktəbin direktoru S.Seyidova çıxış edərək Ulu öndərin fəaliyyətinin bütün dövrlərində gənc nəslin inkişafına göstərdiyi qayğıdan, Azərbaycanın inkişafı və yüksəlməsi üçün gördüyü işlərdən danışdı.

Seminarın sonunda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev” sənədli filmi nümayiş etdirildi. Şagirdlər filmə maraqla tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi