Iməclik

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və 10 May Gül bayramı ilə əlaqədar olaraq 1-10 may tarixlərində 207 saylı tam orta məktəbin həyətində iməclik təşkil olunur.

Iməclikdə əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilir, onların dibi açılır, məktəbyanı ərazi qurumuş otlardan təmizlənir, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılır. Həmçinin müxtəlif növ ağac və güllər əkilir.

Məktəbyanı ərazidə əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, şagirdlərin sağlamlığının təmin edilməsi, ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin Ulu öndərimizin xatirəsinin yad olunmasına bir töhfədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi