Gənc Tamaşaçılar Teatrına ekskursiya

Teatr uşaqlarda erkən yaşlarında incəsənət zövqünü və meyilliliyini yaradır, onlarda gözəllik hissini inkişaf etdirir. Psixoloqların fikrincə uşaqlar oyun prosesində əldə etdikləri bilikləri ən yaxşı mənimsəyirlər. Teatr - uşaqda həyati proqram formalaşdıran son dərəcə mühüm məfhumdur. Uşaqlar canlı izlədikləri tamaşaları eyni zamanda hiss edir, yaşayırlar. Uşaqlarla birgə teatra getmək kifayət etmir, baxılan tamaşaları mütləq müzakirə etmək çox vacibdir.

Yuxarıda sadaladığımız prinsiplərə əsaslanaraq ibtidai sinif müəllimləri G.Vəliyeva və K.Qasımova 2-ci sinif şagirdlərinin istirahət vaxtlarını daha da səmərəli keçirilmələrini təmin etmək və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədi ilə Gənc Tamaşaçılar Teatrına ekskursiya təşkil etdilər. Onlar Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında eyniadlı tamaşanı izlədilər.

Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq şagirdlərdə xoş hisslər oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi