Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya
Tətil günlərinin düzgün dəyərləndirilməsi məqsədi ilə 2 may tarixində ibtidai sinif müəllimi Z.Həsənəliyevanın təşkilatçılığı ilə 2c sinif şagirdləri 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə açıq səma altında yaradılmış ilk muzey olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyaya getmişlər.
Muzeydə şagirdlər ilkin görünüşdə qurulmuş e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri ilə tanış oldular.
Şagirdlər arxeoloji qalereya, orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları, qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evinidə oldular.