“Smart Kids" uşaq sənətkarlığı emalatxanasına ekskursiya

3ç sinif şagirdləri “Smart Kids" uşaq sənətkarlığı emalatxanasında keramika və dulusçuluq üzrə ustad dərsində iştirak etmişlər. Ekskursiya məktəbimizin ibtidai sinif müəllimi Y. Anna tərəfindən təşkil olunmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunları tərəfindən keçirilmiş master klass zamanı şagirdlər gil, gips, mərmər, qranit və digər materiallar üzərində yaradılan sənət işləri ilə tanış olmuş, onlara bu peşə ilə məşğul olmağın yolları öyrədilmişdir.

Şagirdlər gildən müxtəlif formalar hazırlamışlar ki, bu da onların öz daxillərindəki fərdi istedadlarını və şəxsiyyət keyfiyyətlərini kəşf etdirir, özünə əminliyi artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi