22 aprel  “Beynəlxalq Yer Günü”

    22 aprel  “Beynəlxalq Yer Günü” ilə olaraq hər il olduğu kimi bu il də məktəbimizdə fəaliyyət göstərən “Gənc Təbiətçilər” dərnəyinin üzvləri məktəbin həyətyanı sahəsində gül kolları və meyvə ağacları əkdilər.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Biz bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi