Şokolad fabrikinə ekskursiya

Dünyanın 20-dən artıq ölkəsinə öz məhsullarını ixrac edən, hər il Almaniya, Rusiya, Hollandiya, İran və BƏƏ-də keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda “Azərbaycan malı” adı altında layiqincə təmsil edən və dadı ilə dillər əzbəri olan şokoladların istehsalçısı şokolad fabriki illərdir məktəblilər üçün təmənnasız olaraq ekskursiyalar təşkil edir.

Ekskursiya zamanı fabrikdə məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında kiçik film göstərilir. Daha sonra istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik qaydaları barədə uşaqlara ətraflı məlumat verilir. İstahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etməklə böyükdən kiçiyə hər kəs xüsusi geyimlərlə təchiz edilir. Daha sonra fabrikin əməkdaşları ekskursiya iştirakçılarına avadanlıqlar və istehsalat prosesi ilə bağlı ətraflı məlumat verərək hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradırlar. Sonda ekskursiya iştirakçılarına şokolad fabrikinin məhsulları hədiyyə olunur, xatirə şəkili çəkilir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi