Peşə istiqamətinin düzgün seçilməsi ilə bağlı görüş

Yeniyetmə və gənclərin həyata hazırlanmasının əsas göstəricisi olan peşə seçiminin lazımi səviyyədə təşkili Azərbaycan Respublikasının peşə təhsilinin İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Peşə istiqamətinin düzgün seçilməsinin vacibliyini vurğulayan və ön plana çıxaran  Azərbaycan Respublikası Təhsil qanununda da göstərilir ki, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunmalıdır.

Bu baxımdan məktəbimizdə şagirdlərin peşə maraqları və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində “İnkişaf profilinin testi”ni aparmaq məqsədilə VII-IX  sinif şagirdlərinin valideyinləri ilə AMİM-in əməkdaşlarının görüşü təşkil olundu.

Görüş valideyinlər tərəfindən maraqla qarşılandı və onları maraqlandıran bütün suallar qonaqlar tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi