Əsgərə məktub

Bu gün 5b sinfində ”Əsgərə məktub” mövzusunda sinif təşkilat saatı keçirildi.

Şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin vətənimiz və xalqımız uğrunda göstərdiyi möhkəm iradəyə görə onlara minnətdarlıqlarını bildirmək, onlarda ruh yüksəkliyi yaratmaq üçün əsgərlərə məktub yazdılar.

Vətənin keşiyində dayanmış, Azərbaycan sərhədlərini göz-bəbəyi kimi qoruyan yenilməz ordumuza ürək sözləri və mənəvi dəstəklərini ifadə edən məktubla şagirdlər onlara olan inamlarını çatdırdılar.

Müasir dövrdə dövlətimiz tərəfindən hər cür maddi və texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı olan mənəvi dəstəyin biz vətəndaşlar tərəfindən göstərilməli olduğunu şagirdlərimiz artıq kiçik yaşlarından dərk edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi