Aprel döyüşləri

Bu gün məktəbin kitabxanasında 4ç sinif şagirdləri və ibtidai sinif müəllimi G.Hacıyeva “Aprel döyüşləri” adlı “Dəyirmi masa” keçirdilər.

Tədbir ilk öncə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı.

Tədbirdə döyüşlərdə vətənin keşiyində duran, vətən uğrunda canından keçən Azərbaycan ordusunun qüdrətli və igid oğullarının qəhrəmanlığından bəhs edildi. Bununla bağlı video çarx nümayiş etdirildi. Şagirdlər Aprel döyüşlərinə həsr etdikləri rəsmləri, topladıqları məlumatları yoldaşları ilə bölüşdülər.

Tədbirin sonunda sinif müəllimi G.Hacıyeva bildirdi ki, “Vətən yolunda canlarından keçən şəhidlər bir evin yox, həm də bir elin övladlarıdır. Ona görə də bu qəhrəmanlar təbliğ olunmalıdır. Aprel döyüşləri haqqında şagirdlərimizi məlumatlandırmaq da biz müəllimlərin borcudur. Şəhidlərin məzarları hər birimizin and yeridir. Qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik” 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi