Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov

Bu dəfəki “Dəyirmi masa” Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimova həsr edilib.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə gedir. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Bölüyendə hərbi xidmət edən Mübariz cavuş rütbəsinə qədər yüksəlir. 2007-ci ildə hərbi xidməti başa vursa da yenidən 2008-ci ildə xidmətə qayıtmaq istəsə də valideynlərini razı sala bilmir. Nəhayət 2009-cu ildə arzusu getçəkləşir. Bir müddət Gizir rütbəsində çalışır. Düşmənlə sərhəd rayonlarda çalışmaq istəsə də bir neçə ay alınmır. Nəhayət 2010-cu ilin aprel ayında Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayır. Hər an düşmənə ən sarsıdıcı zərbə vurmaq arzusuyla yaşayan Mübariz İbrahimov ömrünün 22-ci baharında 2010-cu ilin iyunun 19-da gecə saat 23:30-da düşündüyü əməliyyatı həyata keçirir. 22 yaşlı Azərbaycanın cəsur, igid oğlu 1km-lik neytral məsafəni yəni minalanmış sahəni tək keçir və mənfur düşmənin ağla sığmaz sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Mübariz İbrahimov 5 saat düşmən ordusuna qarşı öz silahları ilə tək döyüşür. Düşmən ağır itkilərə məruz qalır. İgid, cəsur əsgər fərdi mübarizə apararaq 2010-cu ilin iyunun 19-da qəhrəmancasına həlak olur.

Şagirdlər Mübariz İbrahimova həsr edilmiş şeirlər səsləndirdilər, çəkdikləri rəsmləri nümayiş etdirdilər, səhnəciklər göstərdilər. Tədbir  Milli Qəhrəmanımıza həsr edilmiş videoçarxla sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi