31 mart soyqırımı

Tarix müəllimləri F.Səlimova, M.Quliyeva, sinif rəhbərləri Ş.Bənnayeva, S.Mahmudova, S.Həsənova 8b, 8ç, 10a və 10b sinif şagirdləri ilə birgə 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı “Dəyirmi masa” keçirdilər.

“Dəyirmi masa” ilk öncə 31 mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırım və işğalçılıq siyasətindən danışan tarix müəllimi F. Səlimova 1918-ci ilin mart-aprel aylarında  ölkənin müxtəlif yerlərində minlərlə soydaşımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, on minlərlə insanın evlərindən didərgin düşdüyünü qeyd edib.

S. Mahmudova çıxışında ermənilər tərəfindən tarix boyu  həyata keçirilmiş vəhşiliklər, Xocalı faciəsi və  Azərbaycan Respublikasının digər rayonlarının işğalından danışıb. Dünya tarixində bir sıra qətliamların və soyqırım aktlarının olduğunu deyən S.Mahmudova ermənilərin məkrli siyasətinin xüsusi amansızlıqla seçildiyini vurğulayıb. O, həmçinin hər il 31 mart soyqırımını xatırlamaqla və milli-mənəvi dəyərlərimizi qorumaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi