Novruz şənliyi

Novruz baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdr. Bu bayram sülh, səadət, sevinc, barış, mehribanlıq kimi keyfiyyətləri özündə cəmləyən, milli mədəniyyətimizdən qaynaqlanan mənəvi dünyamızın bayramıdır.

Məktəbimizdə Novruz bayramı münasibətilə təntənəli tədbir keçirildi. Azərbaycan xalqının milli, mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədi ilə təşkil edilən tədridə məktəb rəhbərliyi, valideyinlər və şagirdlər iştirak edirdilər.

Tədbirdə II- IX sinif şagirdləri tərəfindən hazırlanmış Novruz adət və ənənələrinə həsr olunmuş səhnəciklər göstərildi, şeirlər söylənildi, “Xor” dərnəyinin hazırladıqları mahnılar ifa olundu.

Elın ağsaqqalı Dədə Qorqudun verdiyi dəyərli məsləhətlər və yallı sədaları altında tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi