Ölkəmizi tanıyaq və tanıdaq

207 nömrəli tam orta məktəbdə “Ölkəmizi tanıyaq və tanıdaq” devizi altında möhtəşəm bir tədbir keçirildi.

Respublika prezidenti İ. Əliyevin həyata keçirdiyi düzgün siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf etmiş, turizm sahəsi xüsusilə özünün ən yüksək mərhələsinə çatmışdır.

Azərbaycana axın edən turistlər vətənimizin gözəlliyinə heyran qalmış, onun adət ənənələri ilə yaxından tanış olmuşlar.

Ölkəmizin müxtəlif bölgələrinə məxsus milli- mənəvi dəyərləri əks etdirən sərginin nümayişi ilə başlayan tədbirin məqsədi gözəl və füsünkar vətənimizi, çiçəklənən və inkişaf edən respublikamızı tərənnüm etmək, onu bir daha yaxından tanımaq və tanıtmaqdır.

Tədbirin özəlliyi onun ingilis dilində keçirilməsi idi.

Şagirdlər ustalıqla vətənimizin müxtəlif bölgələrinin yetirdiyi tarixi şəxsiyyətləri, görkəmli mədəniyyət və ədəbiyyat nümayəndələri haqqında geniş məlumat verdilər.

Tədbirdə erməni işğalı altındakı Qarabağımıza aid olan fraqmentlər, söylənən fikirlər xüsusilə təsirli idi.

Sonda məktəbin direktoru S. Seyidova tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Tədbirə dəvət olunmuş qonaqlar adından çıxış edən 193 nömrəli məktəbin direktoru R. Hüseynov tədbir haqqında xoş sözlər söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi