Xocalı harayı

26 fevral 2019- cu il tarixində Nərimanov rayonu 207 nömrəli məktəbdə “Xocalı harayı” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və yuxarı sinif  şagirdləri iştirak edirdilər.

Giriş sözü ilə məktəbin direktoru xanım S. Seyidova çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliyi unutmamağa və şagirdləri daha da vətənpərvər olmağa çağırdı. Daha sonra məktəbin tarix müəllimi Y. Paşayeva soyqırım barədə şagirdlərə geniş məlumat verdi. Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə əməkdar jurnalist M. Əsgərovun “Урок Ходжалы” adlı filmi nümayiş olundu. Şagirdlər filimdəki erməni vəhşiliyinin, dəhşətin şahidi oldular. Filmin nümayişindən sonra tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi