XOCALI FACİƏSİ

Xocalı faciəsi əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş soyqırım siyasətinin ən qanlı səhifəsidir. 1992- ci il 26 fevral Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır həmin gecə. Xalqımıza qarşı törədilmiş soyqırımdan 24 il ötdü.Məktəbimizdə “Xocalı Soyqırımı” adlı tədbir keçirildi. Şəhidlərimizin erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsi anıldı. VA sinif şagirdi Yolçuyev Səhrəddin, 6A sinif şagirdləri İbrahimova Xədicə, Ələkbərova Dilbər, 6B sinif şagirdləri Zeynallı Zeybə, Babazadə Lütvinə, Rəşidova Nərmin, VIII A sinif şagirdi Məmmədli Səməndər, IX A sinif şagirdləri Əliyeva Lalə, Abbasova Gülər, Fəttahova Cəmilə, Hacılı Gülbəs, Hüseynov Rəcəb, 10 A sinif şagirdləri İsfəndiyarov İlkin, Quliyev Rza, 11 A sinif şagirdləri Şıxəliyev Rəşadət, Şıxəliyev Rafael, Aslanov Tural, 11 B sinif şagirdləri Hacılı Fidan, Muradzadə Emil, Bağırova Xanım, Şükürova Aişə tədbirdə çıxış etdilər. Məktəbimizin xor dərnəyinin üzvləri də vətənpərvərlik mövzusuna aid mahnılarla çıxış etdilər. Ali Baş Komandanımız İlham Əliyevin çıxışına aid videoçarx xüsusilə şagirdlərdə bir daha vətənə, millətə sevgi və sədaqət əzmini daha da artırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi