Sağlam məktəbli
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda və regionlarda maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində məktəbimizdə də tədbir keçirilib.
“Sağlam məktəbli” layihəsi çərçivəsində şagirdlərə sağlam qidalanma və qida təhlükəsizliyi anlayışı təbliğ edildi, həmçinin şagirdlərə qida təhlükəsizliyi vərdişləri aşılandı. Bu məqsədlə tədbirlərdə Agentliyin mütəxəssisləri tərəfindən şagirdlərə təhlükəsiz qidalanma haqqında məlumat verildi, Agentliyin hazırladığı video-çarxlar təqdim olundu. “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparıldı. Onlara şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma və balıq ətindən istifadənin faydası barədə məlumat verildi.
Sonda Agentliyin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.