“Ana dili- milli varlığımızdır” şeir müsabiqəsi

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmillədirilməsi haqqında“ Azərbaycan Respublikası Təhsil nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrasını təmin etmək, gənc nəsildə vətənə məhəbbət, doğma dilə məhəbbət hislərini artırmaq məqsədilə 22 fevral 2019-cu il tarixdə Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə “Azərbaycan dili- milli varlığımızdır” adlı şeir müsabiqəsi keçirildi.

Müsabiqənin Təşkilat Komitəsinin üzvləri- məktəbin direktoru S. Seyidova, tədris işləri üzrə direktor müavini İ. Səfərova, azərbaycan dili və ədəbiyyatı fənn metod birləşməsinin rəhbəri, məktəbin qabaqcıl müəllimi G.Babayeva, təşkilatçı müavin S. İsmayılova müsabiqə iştirakçılarının ifalarını dinləyib müvafiq meyarlar əsasında onları qiymətləndirdilər.

Məktəbin doqquzuncu sinif şagirdləri D. Ələkbərli və K. Mehdiyevanın ifası münsiflər tərəfindən yüksək balla qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi