Vətən mənə oğul desə nə dərdim

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Onun yaradıcılığı və bədii düşüncəsində Azərbaycan bir dünyadır, bir kainatdır.

Məktəbimizdə vətənpərvər şair, Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Məmməd Araz yaradıcılığına həsr olunmuş “Vətən mənə oğul desə” adlı tədbir keçirildi.

Şair ilk sözünü vətənlə başlayıb, son sözünü vətənlə bitirmişdi. Ədib yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnini yaradır.

         Vətən mənə oğul desə nə dərdim,

         Mamır olub qayasında bitərdim.

Bu misraların müəllifinin vətən məhəbbəti gənc nəslə çox gözəl bir örnəkdir.

Tədbirdə məktəbin dram və xor dərnəyinin üzvləri fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi