FÖVQƏLADƏ HALLAR ZAMANI ÖZÜNÜ NECE APARMALI?

18.02.2016 – cı il tarixdə məktəbimizdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin dəstəyi ilə “Fövqəladə hallar zamanı özünü necə aparmalı” mövzusunda çox əhəmiyyətli və geniş miqyaslı tədbir keçirildi.Tədbir nəzəri və praktik olmaqla 2 hissədən təşkil olunmuşdu.Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Seyidova açdı. Sonra Bakı Regional mərkəzinin operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin rəisi polkovnik Vaqif Teymurov və digər məsul şəxslər şagirdlərə ətraflı məlumatlar verdilər. Praktiki hissədə isə şagirdlərin iştirakı ilə Fövqəladə hallar zamanı hərəkət qaydalarına həsr olunmuş təqdimatlar və səhnəciklər nümayiş etdirildi. Bakı Regional Mərkəzinin xüsusi xilas etmə xidmətinin şəxsi heyəti və xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Mersedes Benz Sprinter xüsusi təyinatlı xilasetmə avtomobilinin təyinatı və istifadə qaydaları, xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıkların təyinatı və iş prinsipləri haqqında şagirdlərə ətraflı məlumat verdilər.Tədbirdə həmçinin Mülki Müdafiə qoşunlarının Dövlət yanğından Mühafizə Xidmətinin, Dövlət Sularda Xilasetmə xidmətinin, FHN Tibb xidmətinin və Bakı Şəhər Təcili təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları da iştirak edirdilər. Təlim çox yüksək səviyyədə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi