Azərbaycan tarixinə adını qızıl hərflərlə yazmış dahi şəxsiyyət

Bu gün məktəbimizin tarix müəllimi P.Yeganə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Açıq dərs” təşkil etdi. P.Yeganə Heydər Əliyevin vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətli olduğunu minnətdarlıq hissi ilə qeyd etdi. O, bildirdi ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərmiş, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilmişdir.Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunmuş və elə bir iz qoymuşdur ki, ölkəmiz özünün bu dahi rəhbəri ilə daim fəxr edəcəkdir. O, sovetlər dönəmində, eləcə də müstəqillik illərində xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə bir yorulmaz və əzmkar fəaliyyət göstərmişdir ki, Azərbaycan xalqı onu özünün həmişəlik ümummilli lideri seçmiş, vətəndaşların ürəyində və qəlbində əbədi yer tutmuşdur.

Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Dövlət başçısının uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdiləşdirilməsini və vətənimizin hərtərəfli tərəqqisini təmin edir. Dünya birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun lider dövləti statusunu özündə saxlamaqla iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı ölkələri sırasında olan yerini qoruyub saxlamış, böyük enerji layihələrinin reallaşdırılması istiqamətində inamlı addımlar atmışdır.

Sonda Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş etdiridi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi