Dəyirmi masa

11 dekabr tarixində məktəbimizin tarix müəllimi S. Fəridənin təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin anım gününə həsr etdilmiş Dəyirmi masa keçirildi. O çıxışında bildirdi:

-Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azərbaycan xalqının tarixində ve taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyətlərdən biri İyirminci yüzilliyin üçdə biri qədər ölkəmizi idarə edən milli lider vəzifəsini daşıyan, dünya miqyaslı siyasətçi Heydər Əliyevdir. Nadir, təkrarsız şəxsiyyət, millətinin və məmləkətinin yeni tarixinin memarı, böyük dühadır, dünyanın hörmət göstərdiyi, güclü və müstəqil, istiqlalı dönməz, gündən-günə qüdrətlənən çağdaş Azərbaycanın qurucusur. Heydər Əliyev özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızğın səhifələrinə daxil olmuş, parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunmuşdur. Azərbaycan xalqı dünyanın tarix kitabına adını qızıl hərflərlə yazmış bu dahi şəxsiyyəti həmişə qürurla anacaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi