Dahi şəxsiyyət Heydər Əliyevin anım günü

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. 
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdi

Ulu Öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri var. Bu dahi şəxsiyyət bütün həyatını mənsub olduğu xalqın işıqlı gələcəyinə həsr edərək, onu xoşbəxt günlərə çıxarıb. Onun uzaqgörən siyasəti nəticəsində respublikamız parçalanmaq təhlükəsində azad oldu və inkişaf yoluna çıxdı. Bu gün hər bir Azərbaycan vətəndaşı yaşadığı xoşbəxt günlər üçün bu dahi şəxsiyyətə borcludur.

Heydər Əliyev kimi şəxsiyyət heç vaxt unudulmur.  Qədirbilən Azərbaycan xalqı hər il Ulu Öndərin həm döğum, həm də anım günlərini yüksək səviyyədə qeyd  edir.

Anım günü yaxınlaşdıqca ayrı-ayrı idarə və təşkilatlar, o sıradan  təhsil işçiləri, şagirdlər və müəllimlər də  Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edirlər

və 3d sinif şagirdləri  Ulu Öndər Heydər Əliyevin məzarını ziyrət etdilər.

Şagirdlərimiz həmçinin şəhidlərimizin də məzarlarını ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi