Qala Arxeoloji- Etnoqrafik Muzey Kompleksinə ekskursiya

24 noyabr tarixdə 2ç sinif şagirdlərinin Qala Arxeoloji- Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyaya Vəliyeva Gülnarə müəllimə rəhbərlik etmişdir.

Əslində bu tarixə olan ekskuriya idi. Beş min il əvvələ qayıdış...

Şagirdlərin sevinci, xoşbəxtliyi, tariximizə olan maraqları diqqəti cəlb edirdi. Tapıntılar, kəhriz, məqbərə, sərdabə, qala, dulusçu evi, tacir evi, qədim qala, yaşı qədər qədim olan püstə ağacı və s... Hacı Ramazan, Tərəkəmə, Çəmbərəkənd məhəllələri, Xaşa-xuna bağları haqqında məlumat əldə edən şagirdlər, əl dəyirmanı, əsrarəngiz tariximizin səsini özündə yaşadan qaval daşları, eyni zamanda milli adət-ənənələrimizlə tanış oldular.

Səyahət etdikləri, Azərbaycanın qədim tarixə malik ərazisini kəşfə çıxdıqları bir neçə saat ərzində şagirdlər həm istirahət etdilər, həm də öyrəndilər. Əslində müasir təhsil sisteminin də tələbi budur. Dörd divar fəlsəfəsindən kənara çıxaraq istər virtual, istər real səyahətlər edərək öyrənmək.

  Səfərin məqsədi şagirdlərimizdə tariximizə, mədəniyyətimizə maraq oyatmaq idi. Şagirdlərimiz öyrəndilər və bu biliklər rəngarəng təsvirlərlə onların yaddaşına əbədi həkk olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi