9 Noyabr Dövlət Bayraq Günü

9 Noyabr Dövlət Bayraq Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbir himnimizin sədaları altında möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə iştirak etdiyi  Dövlət Bayrağı meydanının açılış tədbirindən kadrların nümayişi ilə başladı.

Videoçarxın nümayişindən sonra tədbirin aparıcıları Dövlət bayrağının yaranma tarixi haqqında məlumat verdilər. Bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan gənc natiqlər ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Sovetində üçrəngli Azərbaycan Bayrağının təsdiq edilməsi üçün atdığı cəsarətli addımı xatırlatdılar və Prezidentimiz cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırdılar.

Tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi