Yenə o bağ olaydı

 Məktəbimizdə 9-cu sinif şagirdlərinin təşkil etdikləri  "Yenə o bağ olaydı” adlı musiqili-ədəbi gecə keçirildi. Gecə unudulmaz şair Mikayıl Müşfiqin yaradıcılığına həsr olundu. Tədbiri giriş sözü ilə məktəbimizin ana dili ədəbiyyat müəllimi K. Şıxıyeva açdı və  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışdı. O, bildirdi ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Tədbir şagirdlərin hazırladıqları maraqlı çıxışlarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi