Metodik şuranın yığıncağı

Azərbaycan prezidenti cənab İlham Əliyevin 2013- cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumtəhsil müəssisələrinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

2018- 2019- cu tədris ilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədar məktəblərdə pedoqoji müzakirələrin keçirilməsi nazirliyin fəaliyyət planında nəzərdə tutulmuşdur.

Pedoqoji müzakirələrin əsas məqsədi ümumtəhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti  artırmaq, yaradıcı müəllimləri aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini tətbiq etmək və prespektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Məktəbin fəaliyyət planına əsasən biz də pedaqoji müzakirələrin keçirilməsinə start verdik.

Metodik şuranın yığıncağında məktəbin direktoru S. Seyidova, direktor müavini G. Vəliyeva, təşkilatçı S. İsmayılova, şura sədri İ. Səfərova, üzvlər və katib  A. Müzəffərli iştirak edirdi.

Müzakirələr:

ibtidai siniflərdə riyaziyyat dərslərində istedadlı şagirdlərin üzə çıxarılması

ingilis dili dərslərində motivasiyanın qurulması

kimya dərslərində praktik məşğələlərin aparılması kimi mövzular ətrafında aparıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi