Müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
17 sentyabr tarixində 207 №- li məktəbdə X- XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda mühazirə keçirilmişdir. Mühazirəni AMEA- nın dosenti, tarix üzrə fəlsəfə doktoru Elmira Cəfərova aparmışdır. Elmira Cəfərova mühazirədən sonra şagirdlərin suallarını cavablandırdı.