15 sentyabr- Bilik Günü

Sentyabrın 15-də ölkəmizin bütün ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bilik Günü Azərbaycanda yeni dərs ilinin başlandığı gün kimi qeyd edilir.

Bu gün 207 saylı məktəbdə də 15 sentyabr- Bilik Günü qeyd edildi.

Məktəbimizin direktoru Seyidova Sədaqət xanım şagird və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, məktəbə ilk dəfə qədəm qoyan birinciləri salamladı və həmçinin 2017- 2018- ci tədris ilində qazanılan uğurlardan danışdı.

Tədbirdə N. Nərimanov rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vəfadar Zeynalov, yüksək balla ali məktəblərə qəbul olan məzunlar və onların valideyinləri də iştirak edirdilər.

Tədbirdə şagirdlər maraqlı çıxışlar nümayiş etdirdilər. Bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərin ifa etdiyi şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.Tədbirdə vətənpərvərlik mövzusuna geniş yer verildi. Şagirdlərin ifa etdiyi milli rəqslər tədbirimizi daha da rəngarəng etdi. Tədbirin sonunda 2018- 2019 – cu tədris ilinin ilk zəngi vuruldu. Mahnı sədaları altında birincilər sinif otaqlarına daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi