Məktəb Pedoqoji Şurasının ilk iclası

Bu gün məktəbimizdə pedoqoji şuranın ilk sentyabr iclası keçirildi. İclası məktəbimizin direktoru Seyidova Sədaqət xanım giriş sözü ilə açaraq müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara keyfiyyətli dərs ili arzuladı.

Ənənəvi olaraq ilk şura iclasında ötən ildə görülən işlər barədə məlumat verildi, yeni dərs ilində qarşıda duran vəzifələr və onların həyata keçirilməsi yollarından danışıldı.

Hər bir məktəbin əsas uğur etalonu yüksək balla ali məktəblərə qəbul olan şagirdləridir. Məktəbimizin beş nəfər məzunu 600- dən çox bal toplayıb. Onlardan  Xəlilov Ceyhun 678 balla BDU- nin hüquq fakultəsinə (təhsil ingilis dilində) qəbul olub. Ümumilikdə isə 64 məzundan 51 nəfəri tələbə adını qazanıblar ki, bu da ümumi məzun sayının 80%- i deməkdir.

Həmçinin məktəbimizin direktoru Bakı şəhər Təhsil İdarəsinin ənənəvi sentyabır konfransıda müzakirə edilən məsələlər barədə müəllimləri məlumatlandırdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi