Son zəng
Məktəb illəri hər bir kəsin həyatında böyük rol oynayır. Burada vətəni, ananı, insanlığı sevməyi öyrənmişik. Yazmağı, oxumağı, dəyərli olmağı, mübarizliyi məktəbdə müəllimlərimiz bizə öyrədiblər.Hər bir məzun burada yeni- yeni biliklərə yiyələnib, müstəqil həyata hazırlaşır. Neçə illik xatirələrdən ayrılır, xəyallarındakı arzulara qovuşur.
Bu gün məktəbimiz “Son zəng” sədaları altında XI- ləri yola saldı.
Məktəbimizin direktoru S. Seyidova öz ürək sözlərini söyləyərək məzunları təbrik etdi.
XI- lərin hazırladığı şeirlər və rəqslər hamı tərəfindən aldışlandı.
Sonda məzunlar aydın səmaya sülh carçıları olan göyərçinləri uçurdular.
Şən notlar altında tədbir başa çatdı.