QANLI 20 YANVAR

Vətən faciəsi bu gün məktəbimizdə anıldı.XI B sinif şagirdi Hacılı Fidan 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat verdi. Bu gün həm hüzün, həm də şərəf günümüzdür. 1990 - ci il 19 -dan 20-nə keçən gecə azğınlaşmış Sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını, öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu. Özümüzə vətən sandığımız bir dövlət övladlarına əl qaldırdı. Beləcə qıydılar nankorlar, nadanlar bizə. Bir gün ərzində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğurunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd,Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Qan yaddaşımızdan silinməyən anlar bir daha xatırlandı.Daha sonra Fətəliyeva Güllər, Əliyeva Lalə, Hüseynov Rəcəb, Yolçuyev Səhrəddin, Zeynalabdinova Aysu, Quliyeva Münəvvər tədbirdə şeirlər söylədilər.Qəlbi vətən hissilə çırpınan hər kəs şəhidlərimizi əbədi olaraq xatırlayacaq və düşməndən öz qisasını alacaq. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi