4ç sinfinin buraxılış tədbiri
13 iyun tarixində məktəbimizin 4ç sinif şagirdlərinin ibtidai siniflə vidalaşmaqları münasibətilə buraxılış tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə tədris işləri üzrə direktor müavini G. Vəliyeva açdı. O, bildirdi ki; “Məktəblərdə elmlərin əsasları tədris olunur. Şagirdlər ibtidai siniflərdən başlayaraq elmlərin əsaslarını təşkil edən anlayışları öyrənirlər. Bu, ümumi təhsilə, onun məzmununun formalaşdırılmasına fundamental yanaşma tərzi kimi qiymətləndirilir. Fundamenti düzgün qoyulan təhsil inkişafa doğru gedər”
Daha sonra tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə davam etdi.