Azərbaycanda Uşaq hüquqlarının qorunması

İnsan hüquqlarına hörmət cəmiyyətdə uşaqlara münasibətdən başlayır. Gələcəyin qurucuları olan uşaqları haqsızlıqdan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir.

Elə bu səbəbdən 207 saylı tam orta məktəbdə “Dəyirmi masa” təşkil edildi. Tarix müəllimi F. Əliyeva1959- cu ildə BMT- də qəbul edilmiş  uşaq hüquqlarını qoruyan “Cenevrə Uşaq Hüquqları Bəyannaməsi” və 1989- cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumat verdi, konvensiyanın prinsipləri ilə uşaqları tanış etdi.

Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNİCEF-lə sıx əməkdaşlıq edir. Məktəbimizin tarix müəllimi Q. Məlahət şagirdlərə UNİCEf- in Azərbaycandakı fəaliyyəti barədə danışdı.

9b sinif şagirdləri H. Fərrux, F. Şərəf, O. Fərid, R. Nəzrin hazırda və gələcəkdə uşaqların hüquqlarının qorunması barədə öz fikir və təkliflərini bildirdilər.

“Dəyirmi masa” fəal diskusiya şəraitində davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi