1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950- ci il iyunun 1- də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun  1- ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi  günü kimi tarixə düşüb.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən- ilə artır. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəlməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Ulu Öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.

Bu gün məktəbimizdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirildi. Məktəbimizin direktoru hörmətli Seyidova Sədaqət xanım tədbiri giriş sözü ilə açaraq şagirdləri bayram münasibəti ilə təbrik etdi. Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Gülnarə, müəllimlər; Əliyeva Sevinc, Qədirova Sevinc və Sədullayeva Mehribanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlərinin hazırladıqları maraqlı rəqslər, şeir və mahnılar hamıya xoş təsir bağışladı.

Zülfiyyə Xanbabayevanın ifasında səslənən “Sən Azərbaycan” mahnısının sədaları altında şagirdlərin ifa etdikləri “Bayraq” rəqsi tədbir iştirakçıları tərəfindən xüsusilə alqışlandı.

Tədbir “Dostluq” himni sədaları altında başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi