Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği

Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.

Bu silsilədən daha bir tədbir bu gün S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə Nərimanov rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclərin Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə həyata keçirdikləri “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği” adlı tədbir oldu.

İştirakçılarla maraqlı diskussiya əsasında aparılan tədbir şagirdlərimizin yüksək vətənpərvərlik ruhuna malik olduqlarını bir daha nümayiş etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi