Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

1918- ci il 28 May Günü Azərbaycan tarixində heç vaxt silinməyən izlər qoydu. Məhz həmin gün müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlətin əsası qoyuldu.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyev həmin günün Azərbaycan tarixində oynadığı böyük rola yüksək qiymət verərək demişdir: “AXC gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2018- ci il tarixli sərəncamı ilə 2018- ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu gün də, gələcəkdə də bu mövzunun öz aktuallığını saxlamasının əyani sübutudur.

Bu əlamətdar tarix 207 saylı orta məktəbdə təşkil olunan tədbirdə də anıldı.

Tədbir məktəbin tarix müəllimi Paşayeva Yeganənin AXC- nin tarixi ilə bağlı çıxışı ilə başladı.

Sonra ali məktəbə qəbul imtahanının I mərhələsində yüksək nəticə göstərmiş XI sinif şagirdi Xəlilov Ceyhunun “AXC- nin mədəni tədbirləri”, VIII sinif şagirdi Əliyeva Kamillanın “Məhəmməd Əmin Rəsulzadənin həyatı” mövzusunda çıxışları dinlənildi.

Tədbir şagirdlərin hazırladıqları ədəbi- bədii hissə ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi