Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi

Bu gün məktəbimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi qeyd edildi.

Tədbirdə ilk önçə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video filimə baxıldı.

 Bundan sonra tədbiri məktəbimizin direktoru Sədaqət Seyidova açaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus yeri və rolu vardır. O qeyd edib ki, Azərbaycan dövlətçiliyinin başının üstünü “qara bulud”lar alanda ulu öndər Heydər Əliyev öz vətənin, xalqının dadına yetişərək dağılmaqda olan ölkəni hegemon dövlətə çevirdi. “Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev güclü yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə insanların dərin rəğbətini və sevgisini qazanmışdır. Ulu öndər Heydər Əliyevə qarşı olan xalq sevgisi zaman ötdükcə daha çox xalqın qəlbində böyüyür və güclənir.

S. Seyidova həmçinin onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərib. Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol dahi liderimiz Heydər Əliyev ideyalarıdır. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol da Heydər Əliyev yoludur”.

Sonra tədbir şagirdlərin ifasınada şeirlərlə, mahnılarla, rəngarəng rəqslərlə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi