Hərəyə bir ağac əkək

Ulu öndər, Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı məktəbimizdə bir sıra tədbirlər keçirilir.

Bu silsilədən olan növbəti tədbir məktəbin ibtidai sinif şagirdləri tərəfindən həyata keçirilən “Hərəyə bir ağac əkək” adlı tədbir 10 may 2018- ci il tarixində həyata keçirildi. Məktəbin həyətində müxtəlif bəzək ağacları və gül kolları əkildi. Habelə şagirdlər tərəfindən məktəbin dəhlizləri və sinif otaqları gül dibçəkləri ilə zənginləşdirildi.

Bu ətraf mühitin qorunmasına, Azərbaycanın dünyanın ekoloji cəhətdən öndə gedən ölkələr sırasında olmasına xüsusi diqqət və qayğı göstərən ulu öndərin ruhuna şagirdlərimizin göstərdiyi ehtiram idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi