Peşə seçiminin insan həyatında rolu

İnsan müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməsi onun ən üstün keyfiyyətlərindəndir. Bu seçimlər içərisində peşə, ixtisas seçimi həyat üçün ən zəruri seçimlərdən biridir.

Təhsil nazirliyinin icazəsi ilə Qərbi Kaspi Universitetinin əməkdaşları tərəfindən ixtisas seçimində məktəblilərə düzgün istiqamət verilməsi, imtahan öncəsi psixoloji gərginliyin minimuma endirilməsi, gələcəkdə universitetdə təhsil aldıqları zaman qarşılaşacaqları problemlərin həlli yollarının və metodlarının onlara təlqin edilməsi məqsədi ilə ölkənin ümumtəhsil məktəblərinin şagirdlərinə silsilə təlimlər keçirilir.

Belə tədbirlərdən biri də bu gün bizim məktəbimizin şagirdləri üçün keçirilib. Tədbirdə məktəbimizin IX, X və XI sinif şagirdləri iştirak edirdilər. Şagirdlərlə düzgün peşə seçimi ilə bağlı söhbət aparıldı, düzgün peşə və ixtisas seçimində daha məsuliyyətli, dəqiq olmaları tövsiyə edildi, bu barədə onların fikirləri dinlənildi. Təlimçilər şagirdlərin suallarını cavablandırdılar.

Sonda şagirdlərə peşələr haqqında bukletlər paylanıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi