“Поле чудес” itellektual oyunu
Bu gün məktəbimizin ibtidai sinif müəllimi Z. Qurbanovanın və Tədris işləri üzrə direktor müavini G. Vəliyevanın təşkilatçılığı ilə IV sinif şagirdləri arasında “Поле чудес” itellektual oyunu keçirildi.
Tədbiri giriş sözü ilə Z. Qurbanova açdı və tədbir iştirakçılarını salamladı.
“Поле чудес” itellektual oyunu 3 turdan ibarət idi. Hər turda şagirdlərə müvafiq olaraq təbiət, heyvanlar və bitkiləri əhatə edən mövzularda suallar təqdim edildi.
Verilən cavablardan və əlavə olaraq tədbirin bədii hissəsindən aydın oldu ki, məktəblilərin intellektual səviyyəsi, vətənpərvərlikləri, dünyagörüşü, elmlərə, təbiətə, ekologiyaya, xalq yaradıcılığına, milli adət-ənənələrə, mütaliəyə maraqları yaxşı səviyyədədir.
Hər turun sonunda finala çıxan iştirakçılar və final oyunun qalibi Veysov Məhəmməd mükafatlandırıldı.
Sonda Tədris işləri üzrə director müavini G. Vəliyeva çıxışında əlavə etdi ki, - “Bu yarışda iştirak etməyin özü elə qalib olmaq deməkdir. Çünki, sən özünə güvənirsən. Özünə güvənmək insan həyatında, onun gələcəyinin formalaşdırmasında ən mühüm, vacib şərtlərdəndir.