Doktor Aybolit

Bu gün məktəbimizin 1ç sinif şagirdləri Rus dili və Texnologiya fənlərindən olan bilik və bacarıqlarını nümayiş etdirdilər. Onlar rus yazıçısı K. İ. Çukovskinin "Doktor Aybolit" nağılının personajlarını sanki öz əl işlərində canlandırmışdılar. Uşaqlar xeyirxah həkim Aybolitin öz heyvanları ilə xəstə meymunları xilas etmək üçün uzaq Afrikaya getməyini, burada gözlənilmədən Barmaleylə və yeni macəralarla rastlaşmasını bacarıqla təsvir etmişdilər. 
Hazırladıqları kompazisiyalar uşaqların heyvanlara olan sevgi və qayğısını özündə əks etdirirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi