Ekoloji təbliğat və maarifləndirmə

 

                20 aprel tarixində məktəbimizdə “Ekoloji təbliğat və maarifləndirmə” mövzusunda tədbir keçirilidi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə ətraf mühitə qarşı diqqət və qayğını artırmaq, ekoloji bilikləri genişləndirmək, ekoloji bilik və bacarıqları inkişaf etdirməkdən ibarət idi.

Azərbaycan ekoloji cəhətdən gərgin regionda yerləşdiyi üçün ekoloji qayğı daim ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzindədir. Gənc nəslin maarifləndirilməsi istiqamətində aparılan çoxşaxəli fəaliyyət planına aid olan belə tədbirin məktəbimizdə keçirilməsi şagirdlər tərəfindən maraqla qarşılandı.

Tədbiri giriş sözü ilə açan məktəbin biologiya müəllimi K. İmanova ekoloji problemlərin həllinin vacibliyindən danışdı. Daha sonra məktəbin biologiya müəllimi Ş. Bənnayeva gənc nəslin ekoloji maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərin vacibliyindən danışdı. Növbəti çıxışda məktəbin biologiya müəllimi, biologiya üzrə fəlsəfə doktoru A. Məcnunova ekoloji problemlərə dair ölkədə aparılan kompleks tədbirlər barədə şagirdləri məlumatlandırdı.

Yekun olaraq məktəbin tədris işləri üzrə direktor müavini İ. Səfərova ekoloji problemlərin həllinin aktuallığından danışdı və tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi