Oxu günləri

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı tədbirlər barədə Bakı şəhər üzrə Təhsil İdarəsinin 04. 04. 2018- ci il tarixli F- 148 nömrəli əmrinin II bəndinə əsasən məktəbimizdə “Oxu günləri” çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.

Aprelin 20- də məktəbimizin kitabxanasında növbəti kitab müzakirəsi oldu. Müzakirədə VIIIa sinif şagirdləri iştirak edirdilər. Müzakirə üçün A. Bulyayevin “Professor Douelin başı” romanı götürülmüşdü. Şagirdlər təqdimat edərək kitab haqqında öz fikirlərini bildirdilər. Sonda məktəbimizin kitabxana müdiri M. Məmmədova çıxış edərək bədii ədəbiyyata göstərdikləri maraq və sevgiyə görə uşaqlara öz təşəkkürünü bildirdi və onları kitabxana ilə sıx əməkdaşlıq etməyə dəvət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi