Ötən ilin son gecəsi

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı tədbirlər barədə Bakı şəhər üzrə Təhsil İdarəsinin 04. 04. 2018- ci il tarixli F- 148 nömrəli əmrinin II bəndinə əsasən məktəbimizdə “Oxu günləri” çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.

Bu gün məktəbimizin IXa sinif şagirdlərinin iştirakı ilə yazıçı, şair, tərcüməçi, senarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Ötən ilin son gecəsi” əsərinin tamaşası oldu.

Şagirdlər yüksək peşəkarlıq, səlis nitq qabiliyyəti nümayiş etdirdilər. XIa sinif şagirdi Rzazadə Nadirin çıxışı xüsusilə diqqətə layiq idi.

Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri G. Babayeva və S. Əliyeva hazırlamışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi