Mir Cəlal Paşayevin ev muzeyinə ekskursiya

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı tədbirlər barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin 04. 04. 2018- ci il tarixli F- 148 nömrəli əmrinin II bəndinə əsasən məktəbimizdə “Oxu günləri” çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.

Aprel ayının 18- də məktəbimizin kitabxana müdiri M. Məmmədova, müəllimlər; L. Mürsəliyeva, S. Həsənova IXc sinif şagirdləri ilə birgə görkəmli alim- pedaqoq Mir Cəlal Paşayevin içəri şəhərdə ev muzeyini ziyarət etdilər.

Mir Cəlal Paşayev 1920- 1940 cı illərdə bu evdə yaşamış, onu dünya klassikləri sırasına salan, yazıçı kimi məşhur edən “Bir gəncin manifesti” povestini, “Dirilən adam” romanını və bir çox satirik hekayələrini məhz bu evdə yazmışdır.

Ədibin evində saxlanılan məktublar, şəkillər və ümumilikdə muzeydə olan bir çox eksponatlar şagirdlərin marağına səbəb oldu. Şagirdlər gözəl insani keyfiyyətlərə malik olan, ömrünü əsl pedaqoq kimi yaşayıb, yazıçı kimi məşhur olan bu görkəmli şəxsiyyətin ev muzeyindən çox yüksək və xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi