31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə məktəbimizdə tədbir keçirildi. Artıq bir neçə ildir ki, məktəbimizdə ənənə halını almış yübiley yaşı olan müəllimlərin təbrik olunması və 65 yaşı tamam olan müəllimlərin isə məktəblə vidalaşması da bu mərasimdə həyata keçirilir.Dünən keçirilən tədbirdə də məktəbin 7 nəfər müəllimin yübiley yaşı kollektiv tərəfindən təntənəli sürətdə qeyd olundu və onlara məktəb Həmkərlar Təşkilatı tərəfindən hədiyyələr təqdim olundu. 65 yaşı tamam olan məktəbin rus dili və ədəbiyyat müəllimi Karipova Repiyaya müxtəlif hədiyələr təqdim olundu və o məktəblə vidalaşdı. Tədbirdə məktəb direktoru Sədaqət xanım Seyidova çıxış edərək kollektiv üzvlərinə öz xoş arzularını bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi