Lütfi Zadə adına III Məntiq Olimpiadası
14 aprel tarixində məktəbimizdə “Lütfi Zadə adına III Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadanın ilk turunda 10-12 yaşlı V və VI sinif şagirdləri iştirak edirdilər.
Olimpiada 10:00- da başladı və 11:30- da yekunlaşdı. Olimpiadada şagirdlərə bir gün öncədən hazırlanmış sual kitabçaları paylandı. Olimpiada yekunlaşdıqdan sonra şagirdlərin sual kitabçalarında qeyd etdikləri cavabları məktəbimizin informatika müəllimi M. Rəcəbova BŞTİ- nə göndərdi.
Biz şagirdlərimizə qələbə xəbəri eşitməyi arzu edirik.