Mir Cəlal Paşayevin 110 illik yubileyi

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması” ilə bağlı tədbirlər barədə Bakı şəhər üzrə Təhsil İdarəsinin 04. 04. 2018- ci il tarixli F- 148 nömrəli əmrinin II bəndinə əsasən məktəbimizdə “Oxu günləri” çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.

10 Aprel tarixində məktəbimizdə görkəmli alim, yazıçı və pedoqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Əli oğlu Paşayevin 110 illik yubileyi qeyd edildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru S. Seyidova dahi ədibin həyat və fəaliyyətindən söz açdı.

Məktəbin ədəbiyyat müəllimi K. Şıxıyeva, tarix müəllimi F. Əliyeva da yazıçı haqqında öz ürək sözlərini bölüşdülər. 8a sinif şagirdləri Mir Cəlalın əsərləri haqqında fikir və düşüncələrini söylədilər.

Tədbirdə son sözlə çıxış edən kitabxana müdiri M. Məmmədova vurğuladı ki, Mir Cəlal Paşayev başqa heç bir əsər yazmasaydı belə təkcə “Bir gəncin manifesti” əsərinə görə dünya klassikləri sırasında dayanmağa layiq görülərdi. M. Məmmədova həmçinin gənc nəslin belə dahi sənətkarların əsərlərini oxuduqlarına, onların əsərlərindəki vətənpərvərlik, təlim- tərbiyə məsələlərinə diqqət ayırdıqlarına, fikir və mülahizələrini bölüşdüklərinə görə şagirdlərə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi