SƏMƏD BƏY MEHMANDAROV

Hər bir xalqın siması onun qəhrəmanları və sərhədlərinin timsalında görünür. O, bu simanın daşıyıcılarından biri idi. Səməd bəy Mehmandarov dövrünün ağır müharibələrində öz sərkərdəlik bacarığını göstərə bilmişdir. Bəli, tarix həmişə belə dahiləri köksündə qoruyub saxlayan və böyük bir keçmişə malik olan xəzinədir. O xəzinə ki, ordan həm millət, həm dövlət, həm də başqa insanlar istifadə edir, məcazi mənada belə bir xəzinənin olduğuna göre qürur hissi keçirir. Bu gün məktəbimizdə Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd olundu. Ədəbi bədii gecədə məktəbin xor dərnəyinin üzvlərinin ifasında “Azərbaycan”, “Torpağın səsi”, “And içirik” mahnıları səsləndirildi. Dram və poeziya dərnəyinin üzvləri də tədbirdə öz çıxışları ilə tamaşaçıları valeh etdilər. Tədbirdə onun həyat yolu haqqında məlumat verildi, onun yetişdirdiyi dahi generallardan söhbət açıldı, kadrlar göstərildi. Səhnəciklər ifa edildi. Tədbirin iştirakçıları: 6A sinif şagirdi İbrahimova Xədicə, 6B sinif şagirdlərindən Babazadə Lütvina, Zeynallı Zeybə, 8A sinif şagirdi Həsənzadə Xanım, 9 A sinif şagirdi Əliyeva Jalə, Fətəliyeva Gülər, Həsənzadə Nəzrin, 10 A sinif şagirdi Yüzbaşova Fidan, İsfəndiyarov İlkin, 11A sinif şagirdi Şıxəliyev Rəfael, 11 B sinif şagirdi Hacılı Fidan, 11 C sinif şagirdi Rzayeva Cəmilə çıxış etmişdilər. Tədbirin sonunda məktəbin direktoru Sədaqət xanım Seyidova çıxış edib, tədbir iştirakçılarına rəhbərlik adından minnətdarlığını bildirdi və bu tədbirin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolunun əhəmiyyətindən danışaraq dedi ki, bu gün vətən Mehmandarovlar yetişdirir, məhz belə gənclər Ali Baş Komandanımız Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin komandanlığı ilə işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək, 3 rəngli Azərbaycan Bayrağı Qarabağ üzərində dalğalandırılacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi